Podolskinin "İnter" sevgisi çox çəkmədi

Lukaş Podolski icarə əsasında oynadığı İtaliyanın "İnter" klubundan ayrılıb. Qol.Az-ın xəbərinə görə, bu barədə alman hücumçu özünün "Tvitter" hesabından yazıb. 29 yaşlı oyunçunun 2014/2015 mövsümünün sonu icarə müddəti başa çatıb və onunla İtaliya klubu arasında müqavilə yenilənməyib.

Qeyd edək ki, L.Podolski müqavilə ilə "Arsenal"a məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31