Azad Rəhimov Zlatan İbrahimoviçin Bakıya gəlişindən danışdı
2 İyun 2015 13:07 İdmanTrend xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri və Bakı 2015-in İcraçı direktoru Azad Rəhimov bu gün Bakı 2015 birinci Avropa Oyunlarının Məşəl Səfərinin iyunun 12-də keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl iyunun 7-10-da Bakı şəhərindən keçəcəyi marşrutun açıqlanması mərasimində tanınmış futbolçu Zlatan İbrahimoviçin Bakı 2015 birinci Avropa Oyunlarının açılış mərasimində iştirakı və məşəl daşıyacağı barədə məlumatlara da aydınlıq gətirib. O bildirib ki, bu doğru məlumat deyil: "O şəxsi dəvət əsasında Bakıya tanışlıq məqsədi ilə gəlib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31