Səbail məktəbliləri futbol turnirinin qalibi olub

"Bayıl" stadionunda futbol üzrə "Coca-Cola məktəbli kuboku" turnirinin 9-cu siniflər üzrə final oyunu keçirilib. Gərgin keçən final oyununda Səbail rayonundakı 163 nömrəli orta məktəbin komandası Şəki şəhər 7 nömrəli orta məktəbin kollektivinə 10:0 hesabı ilə qalib gəlib. Qalib komandaya mükafatları AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, marketinq və reklamlar şöbəsinin müdiri Cavid Qarayev təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31