La Liqada istefa
2 İyun 2015 11:32 İdmanİspaniyanın "Xetafe" klubu baş məşqçisi Pablo Franko ilə yollarını ayırıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəhbərlik 34 yaşlı mütəxəssislə yolları ayırsa da, onu komandada saxlayıb. Belə ki, P.Franko növbəti mövsümdən "Xetafe"nin əvəzedici komandasını çalışdıracaq. Əsas komandanın yeni baş məşqçisinin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, P.Frankonun rəhbərliyi altında "Xetafe" La Liqada ötən mövsümü 15-ci pillədə başa vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31