Dieqo Kosta "Atletiko"ya qayıdır?

"Çelsi"nin hücumçusu Dieqo Kosta komandadan ayrılmaq istəyir. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, buna ispaniyalı futbolçunun Londona uyğunlaşa bilməməsi səbəb olub. Britaniyanın rütubətli iqlimini, dilini və yerli yeməklərini sevməyən 26 yaşlı futbolçunun yenidən Madrid "Atletiko"suna qayıtmaq istədiyi bildirilir. O, ötən ilin iyul ayında 38 milyon avro müqabilində məhz "Atletiko"dan "Çelsi"yə transfer olunub.

Qeyd edək ki, İspaniya millisinin üzvü ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 37 oyunda 21 dəfə rəqib qapılarına yol tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31