UEFA-dan "Dnepr"ə cəza

UEFA "Dnepr" klubunu cəzalandırıb. Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna Avropa Liqasının yarımfinalında "Napoli" ilə cavab matçında Ukrayna klubunun  azarkeşlərinin qaydalara zidd davranışları səbəb olub. Azarkeşlər sözügedən oyundan sonra meydançaya daxil olub, məşəl yandırıb və irqçi şüarlar səsləndiriblər. Buna görə UEFA "Dnepr"i biri şərti olmaqla iki oyunluq cəzalandırıb. Bu isə o deməkdir ki, "Dnepr" növbəti mövsüm  avrokuboklarda ilk ev matçını boş tribunalar qarşısında keçirəcək. Bundan başqa, "Dnepr" 70 min avro məbləğində cərimələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31