Yuliya Ratkeviç: “Bakı-2015”də yüksək nəticələr göstərəcəyimizi ümid edirəm”
1 İyun 2015 19:25 İdmanQadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü, Olimpiya oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Yuliya Ratkeviç jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o yığmamızın "Bakı-2015" I Avropa Oyunlarında ən yaxşı nəticə əldə etmək üçün çalışacağını qeyd edib: "Yüksək səviyyədə hazırlıq prosesi keçirik. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Azərbaycan Güləş Federasiyası (AGF) mütamadi olaraq yoxlamalar keçirir. Həkimlər və massajistlərimiz daim yanımızdadırlar. Məşqçilərimiz yüksək səviyyədə hazırlaşmağımız üçün əllərindən gələni edirlər. Oyunlara psixoloji cəhətdən də yüksək səviyyədə hazırlaşmağımız üçün AGF tərəfindən psixoloqlar ayrılıb. Ümid edirəm ki, "Bakı-2015"də yüksək nəticələr göstərəcəyik".