Millimizin heyətində dəyişiklik olub

İyunun 2-dən 9-dək Bakı şəhərində, iyunun 10-dan 16-dək isə Danimarkanın Kopenhagen şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Trend AFFA-nın saytına istindən məlumat verir ki, Almaniyanın "Borussiya" (Münxenqladbax) klubunun üzvü Bilal Sezer zədəli olduğu üçün toplanışda iştirak etməyəcək. Onun əvəzinə yığmaya "İnter" klubundan Tural Hümbətov dəvət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31