Tuğrul Erat millinin toplanışında iştirak edə bilməyəcək

İyunun 1-də təlim-məşq toplanışı keçirmək məqsədilə Avstriyaya yola düşəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Almaniyanın  "Fortuna Dusseldorf" klubunun üzvü Tuğrul Erat səhhəti ilə əlaqədar millinin toplanışında iştirak edə bilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31