“Neftçi”, yoxsa “Qarabağ”? – Rəqəmlərin gözü ilə
1 İyun 2015 14:36 İdmanBu həftə Azərbaycan kubokunda final oyunu ilə 2014/15 mövsümünə yekun vurulacaq. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Qəbələdə keçiriləcək qarşılaşmada ardıcıl 4-cü dəfə finala yüksələn "Neftçi" son 2 mövsümdə əldə etdiyi mükafatı qorumağa, ölkə çempionu "Qarabağ" "Qızıl dubl"a imza atmağa çalışacaq. Üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansı aşağıdakı kimidir:
23. "Qarabağ" - "Neftçi" - 17 oyun, +7=5-5, top fərqi 12-15
Azərbaycan futbolunda ən çox üz-üzə gələn komandaların yolları kubokda 9 dəfə kəsişib. 2 dəfə 1/8, 4 dəfə 1/4, 2 dəfə yarımfinalda üz-üzə gələn rəqiblər 2-ci dəfə həlledici qarşılaşmada görüşəcək. 19 il əvvələ təsadüf edən yeganə finalda "Neftçi" qalib gəlsə də, ümumilikdə "Qarabağ" daha çox - 5 dueldə mərhələ adlayıb. Bunların birində keçirilməli olan 2 qarşılaşma baş tutmayıb. Buna həmin vaxt "Neftçi" çempionat və kubokda mübarizəni davam etdirməkdən imtinası səbəb olub. Həmin baş tutmayan duelləri texniki nəticə kimi nəzərə alsaq, "Qarabağ" 9 duel çərçivəsindəki 17 matçda daha çox qələbə qazanıb. Top fərqində isə "Neftçi" üstündür.