Avropa çempionatının bütün iştirakçıları bəlli olub

Qadın voleybolçular arasında 2015-ci ildə Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları bəlli olub. Goal.az xəbər verir ki, Azərbaycan millisinin də iştirak edəcəyi yarışda mübarizə aparacaq 16 komandanın yer alacağı qruplar bəlli olub. Pley-off mərhələsində Slovakiyanı "Qızıl set"də məğlub edən Azərbaycan yığması B qrupunda qüvvəsini sınayacaq. Antverpendə çıxış edəcək komandamız Belçika, Türkiyə və Macarıstanla mübarizə aparacaq. Aleksandr Çervyakovun yetirmələri ilk matçını sentyabrın 26-da Türkiyəyə qarşı keçirəcək. Ertəsi gün Belçikanı sınağa çəkəcək komandamız ayın 28-dəki son turda Macarıstanla üz-üzə gələcək.

A qrupu
Apeldorn (Hollandiya): Hollandiya (ev sahibi), İtaliya (AVRO-2013-dəki nəticəsinə əsasən), Polşa (seçmə mərhələdə qrup qalibi), Sloveniya (pley-offun qalibi)

B qrupu
Antverpen (Belçika): Belçika (ev sahibi), Türkiyə (seçmə mərhələdə qrup qalibi), Macarıstan (seçmə mərhələdə qrup qalibi), Azərbaycan (pley-offun qalibi)

C qrupu
Rotterdam (Hollandiya): Rusiya (son Avropa çempionu), Xorvatiya (AVRO-2013-dəki nəticəsinə əsasən), Bolqarıstan (seçmə mərhələdə qrup qalibi), Belarus (pley-offun qalibi)

D qrupu
Eyndhoven (Hollandiya): Serbiya, Almaniya (hər ikisi AVRO-2013-dəki nəticəsinə əsasən), Rumıniya, Çexiya (hər ikisi seçmə mərhələdə qrup qalibi)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31