Nazarovun komandası Bundesliqaya vəsiqə qazanacaqmı?
1 İyun 2015 12:35 İdmanBu gün növbəti mövsüm Almaniya Bundesliqasında çıxış edəcək son komandanın kimliyinə aydınlıq gələcək. Qol.Az-ın məlumatına görə, yeganə vəsiqə uğrunda "pley-off" mərhələsinin matçında "Karlsrue" və "Hamburq" üz-üzə gələcək. Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 bərabərə qalıb. "Karlsrue" doğma meydanda qalib gələcəyi və qolsuz heç-heçə edəcəyi təqdirdə növbəti mövsüm Bundesliqada oynamaq hüququ qazanacaq.
Qeyd edək ki, "Karlsrue" - "Hamburq" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
1 iyun
22:00. "Karlsrue" - "Hamburq"
(ilk oyun - 1:1)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31