FİFA-da növbəti qalmaqal
30 May 2015 21:33 İdmanBeynəlxalq Futbol Federasiyaları Assosiasiyasında (FİFA) korrupsiya ilə bağlı iş üzrə həbs olunan iki məmur vəzifələrindən azad edilib.ANS PRESS-in məlumatına görə, söhbət Ceffri Uebbe və Euxenio Fiqeredodan gedir. Hər ikisi FİFA vitse-prezidenti postundan azad edilib.Qeyd edək ki, təşkilata yeni prezidentin seçkiləri ərəfəsində ABŞ hökuməti FİFA-nı korrupsiyada ittiham edərək bir sıra yüksək vəzifəli məmurunu həbs etmişdi. Ümumilikdə 10-a yaxın məmur həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31