“Bakı”nın daha bir komandası birinci oldu
29 May 2015 19:30 İdmanMayın 28-də "Əlincə" Futbol Klubunun yaradılmasının 5 illiyi ilə əlaqədar keçirilən turnirə yekun vurulub. Qol.Az-ın xəbərinə görə, turnirdə "Əlincə" , "İnter-1" , "İnter-2", "Bakı-1" , "Bakı-2" , "Vətən" , "Qarabağ" və "Təhsil" klublarının U-12 komandaları iştirak edib. Qrup oyunlarından sonra "Vətən", "Əlincə" , "Bakı-1" və "Bakı-2" yarımfinala vəsiqə qazanıb. Mayın 27 də keçirilən yarımfinal qarşılşmasında "Bakı-1" "Əlincə"ni (11 metrlik zərbələr seriyasında 3:1), "Bakı-2" isə "Vətən" komandasını məğlub (2:1) edib. Finalda bir məşqçinin - Cəfər Hüseynovun yetirmələri "Bakı-1" və "Bakı-2" qarşılaşıblar. Respublika günü- mayın 28-də keçirilən qarşılaşmada "Bakı-1" 1:0 hesabı ilə qalib gəlməklə turnirdə birinci yeri tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31