21-ci Azərbaycan Çempionatı başa çatıb
29 May 2015 15:13 İdmanAzərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gənclər və Yeniyətmələr arasında keçirilən 21-ci Azərbaycan çempionatı başa çatıb. "OLAYLAR"-ın xəbərinə görə, Kikboksinq üzrə 21-ci Azərbaycan Kuboku uğrunda gedən çempionatda NEFTÇİ klubu bütün rəqiblərini geridə qoyaraq, qızıl medalların sayına görə birincilik əldə edib. Belə ki, klub 6 qızıl, 4 gümüş, 7 bürünc medala sahib olaraq, yarışın Kubokuna sahib olub. AKF-nın vitse-prezidenti Güloğlan Cabborov NEFTÇİ klubuna kuboku təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Yeniyetmələr arasında isə kuboka Qızıl Əlcək idman klubunun idmançıları sahib olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31