Güləşçilərimiz İzmirə gedir
29 May 2015 12:32 İdman29-31 may tarixlərində Türkiyənin İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə sərbəst, yunan-Roma və qadın güləşçilər arasında 18-ci beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə ölkəmizi yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri təmsil edəcək. Turnirdə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin hüseynovun rəhbərliyi altında 7 güləşçimiz mübarizə aparacaq. Heyətdə Zemfira Ələkbərli (38 kq), Aynur Camalova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Sona Tumarxanova, Səbinə Həmzəlzadə (hər ikisi 49 kq), Şəbnəm Əhmədova və Tatyana Varantsova (hər ikisi 56 kq) yer alıb. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31