Topaz Premyer Liqasına yekun vuruldu
29 May 2015 09:26 İdmanTopaz Premyer Liqasında 2014/15 mövsümündə son turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 293 günlük yarış XXXVI turun qarşılaşmaları ilə başa çatıb.
Günün ilk qarşılaşmasında "Sumqayıt" "İnter"i məğlub edib - 3:1.
Paralel keçən oyunlarda "Neftçi" öz meydanında AZAL ilə bərabərliyə razılşadı - 1:1, "Qəbələ" isə "Bakı"nı məğlub etdi - 3:0.
Günün son qarşılaşmasında isə Lənkəranda yerli komanda ilə "Simurq" qolsuz bərabərliyə razılaşıblar - 0:0.
Beləliklə, bu nəticələrdən sonra "Qəbələ" çempionatın bürünc medalına sahib olub.
XXXVI tur
28 may (cümə axşamı)
"Xəzər Lənkəran"- "Simurq" - 0:0
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu
İlk 3 dövrdəki oyunlar: 0:2, 2:1, 0:2
"Neftçi" - AZAL - 1:1
Qol: Elşən Abdullayev, 60 - Nicat Qurbanov, 80
Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev
İlk 3 dövrdəki oyunlar: 4:0, 1:2, 1:0
"Qəbələ" - "Bakı" - 3:0
Qol: Mendi, 6, Ekiqo Eihosun, 13, 23
"Sumqayıt" - "İnter" - 3:1
Qol: Pərdis Fərcad Azad, 36, Məhəmməd Qurbanov, 45, 66 - İlkin Sadıqov, 7
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev
İlk 3 dövrdəki oyunlar: 1:5, 0:0, 0:0
Bombardir: Nurlan Novruzov ("Bakı") - 15.
N
Klublar
O
Q
H
M
T-F
X
1
Qarabağ
32
20
8
4
51-28
68
2
İnter
32
17
12
3
55-20
63
3
Qəbələ
32
15
9
8
46-35
58
4
Neftçi
32
13
10
9
38-33
49
5
Simurq
32
11
6
15
41-39
39
6
AZAL
32
10
9
13
37-42
39
7
Xəzər L
32
8
8
16
35-47
32
8
Sumqayıt
32
7
10
15
32-43
31
9
Bakı
32
3
8
21
19-68
17