"Borussiya"da yeni müqavilə

"Borussiya" klubu futbolçusu Daniel Subotiçlə müqavilənin müddətini uzadıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisinin rəhbərliyi serbiyalı futbolçunu komandada saxlamağı bacarıb. 26 yaşlı futbolçu 2018-ci ilə qədər "Borussiya"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, ötən mövsüm "Borussiya"nın heyətində 39 oyun keçirən Subotiç 3 dəfə rəqib qapılarına yol tapıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31