"Galatasaray" çempion oldu, “Fənərbağça” azarkeşinin ürəyi partladı
27 May 2015 12:30 İdmanTürkiyə superliqasının son turunda "İstanbul Başakşehir" ilə heç-heçə edərək çempionluq şansını itirən "Fənərbağça"nın sadiq azarkeşlərindən biri dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, oyunu Rizə şəhərində izləyən fanat Yusif Sokur evinə gələndən sonra infarkt keçirib. Yusif Sokurun meyiti Trabzona göndərilib. Ölüm səbəbinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31