Həştərxan hökumətinin sədri: I Avropa Oyunları tarixə düşəcək

Azərbaycanın ilk Avropa Oyunlarını qəbul edəcəyi ölkədə iqtisadi inkişafın olduğunu sübut edir. Bunu Trend-ə Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov deyib.O, qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarının təşkili üzrə xeyli iş görüb: "Avropada heç də hər bir ölkə belə layihəni hazırda reallaşdıra bilməz. Bu Oyunlar tarixə düşəcək".K.Markelovun sözlərinə görə, Rusiya qarşıdakı I Avropa Oyunlarına hazırlıq işlərini izləyir: "Ümid edirəm ki, Rusiya nümayəndə heyəti Oyunlarda ən geniş tərkibli olacaq. Oyunların açılışında Rusiya Prezidenti Vladimir Putin və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də iştirak edəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31