Millimizin qapıçısı baş məşqçisiz qaldı
26 May 2015 19:59 İdmanAzərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Ayntraxt" klubu baş məşqçisiz qalıb. Qol.Az-ın "Sky Sport News"a istinadən verdiyi məlumata görə, Frankfurt təmsilçisi Tomas Şaafla yollarını ayırıb. Geridə qalan 2014/2015 mövsümündə qarşıya qoyulan hədəfə çatmayan "Ayntraxt" rəhbərliyi çıxış yolunu baş məşqçi ilə yolları ayırmaqda görüb. Tomas Şaafı kimin əvəzləyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, "Ayntraxt" geridə qalan 2014/2015 mövsümünü 43 xalla 9-cu pillədə başa vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31