Yeniyetmələr Dağıstandan gümüş və bürünc medalla qayıdıb
26 May 2015 14:45 İdman21-24 may tarixlərində Dağıstan Respublikasının Şamilovski rayonunda Suraqat Asiyatilovun xatirəsinə həsr olunmuş yeniyetmə sərbəst güləşçilər arasında 45-ci Respublika turniri keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, qonşu respublikanın dəvətinə əsasən, turnirdə iştirak edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb. Məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə mübarizə aparan yığma komandanın üzvü Orxan Həsənov (85 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Bürünc medalı isə yığmamıza Cabbar Məmmədzadə (35 kq) qazandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31