Sxadadze: "Nikolov mənə "çox sağ ol" da demədi"

"Açığı, mən çox acıqlıyam. Klubun prezidenti Georgi Nikolovdan incimişəm. Mən 6 il ərzində burada çox yaxşı işlədim. Amma o, heç "çox sağ ol" da demədi. Belə münasibət mənə xoş deyil. Elə təsəvvür yaranır ki, burada boş yerə çalışmışam. Nə isə... Burada çalışdığım üçün azarkeşlərə, Azərbaycan xalqına minnətdaram". Bu sözləri "İnter" in baş məşqçisi Kaxaber Tsxadadze "Xəzər" TV-yə açıqlamasında deyib.

Azərbaycanda karyerası bitən baş məşqçi sonda hər kəsə təşəkkürünü bildirib: "Qurban Qurbanovu və "Qarabağ"ı təbrik edirəm. Onlar bunu haqq etdilər. Jurnalistlərə və ünsiyyətdə olduğum insanlara təşəkkür edirəm. Kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Tez-tez Azərbaycana gələcəyəm. Klublarınıza və millinizə azarkeşlik edəcəyəm" ("Qafqazinfo").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31