FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
26 May 2015 12:22 İdmanFİFA-nın prezidenti Yozef Blatter Azərbaycan Premyer Liqasının qalibini təbrik edib. Lent.az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA prezidenti dünya futbol ailəsi adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31