Blatter "Qarabağ"ı təbrik etdi

FİFA-nın prezidenti Yozef Blatter  Azərbaycan Premyer Liqasının qalibini təbrik edib. Qol.Az-ı AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Azərbaycan Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması,  gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31