Kloppdan gözlənilməz qərar

Bu mövsümün sonu "Borussiya"dan ayrılacaq Yurgen Klopp ən azından yeni mövsümün ilk yarısına kimi işləməyəcək. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis bir müddət dincəlməyə qərar verib. Klopp açıqlamasında məlumatı təsdiqləyib: "Mən futbol məşqçisiyəm. Amma hazırda işləmək mənim üçün çox çətindir".

Qeyd edək ki, Y.Klopp "Borussiya" ilə son matçına mayın 30-u çıxacaq. Həmin vaxt Dortmund təmsilçisi Almaniya kubokunun finalında "Volfsburq"la qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31