"Fənərbaxça"nın avtobusuna növbəti hücum
26 May 2015 12:09 İdman"Fənərbaxça"nın futbolçularını daşıyan avtobus növbəti dəfə hücuma məruz qalıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu, İstanbul klubunun Türkiyə superliqasının 32-ci turunda "Başakşehir"lə (2:2) qarşılaşmadan sonra baş verib. Samandırada Can Bartu bazasının yaxınlığında təxminən 200 azarkeş avtobusu daş və yumurta atəşinə tutublar. Nəticədə avtobusun şüşüləri sınıb, ancaq yaralan olmayıb. Bundan başqa, azarkeşlər "İstefa" yazılı pankart açıblar. Hadisə yerinə gələn polisin müdaxiləsindən sonra ara sakitləşib.
Qeyd edək ki, bundan əvvəl də"Fənərbaxça"nın futbolçularını daşıyan avtobus silahlı hücuma məruz qalmışdı. Hücum zamanı təkcə avtobusun sürücüsü xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31