İlk Avropa Oyunlarının açılış mərasimində ən az 20 dövlət başçısının iştirakı gözlənilir
26 May 2015 12:03 İdmanİlk Avropa Oyunlarının açılış mərasimində ən az 20 dövlət başçısının və hökumət nümayəndələrinin iştirakı gözlənilir. Trend-in məlumatına əsasən, bunu gənclər və idman naziri Azad Rəhimov "Rossiyskoy qazeta"-ya müsahibəsində deyib. A.Rəhimovun sözlərinə görə, ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin üzvü Monako Knyazı II Albert və Böyük Lüksemburq Hersoqu öz iştirakını təsdiqləyib: "Oyunların başlamasına az qalmış Avropadan Bakıya neçə dövlət başçısının gələcəyi məlum olacaq. Biz ən az 20 dövlət başçısının gələcəyini gözləyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31