"Ştuttqart"ın yeni baş məşqçisi müəyyənləşdi

"Ştuttqart"ın yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı yeni mövsümdən Aleksandr Zorniger çalışdıracaq. 47 yaşlı mütəxəssislə 22018-ci ilə qədər müqavilə imzalanıb. A.Zorniger 2009-cu ildə "Ştuttqart"da köməkçi məşqçi kimi işləyib.

Qeyd edək ki, Bundesliqanın 3 turunda qələbə qazanan "Ştuttqart" növbəti mövsümdə də Bundesliqada oynamaq hüququ əldə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31