Velo yürüş keçirilib
25 May 2015 17:12 İdman"Sağlam Düşüncə" Gənclər Təşkilatı hər il ənənəvi olaraq 31 may Ümumdünya Tütünlə Mübarizə Günü ilə bağlı may ayının 1-dən, 31-dək "Tütünsüz Ay" keçirir. "OLAYLAR"-a daxil olan məlumata görə, kampaniya ilə əlaqədar olaraq, siqaretçəkmənin və tütünün zərərləri haqqında təlimlər, seminarlar, bədii film nümayişləri, məlumtlandırıcı görüşlər, velo-yürüşlər, flaş-moblarının təşkili planlaşdırılır. Layihə çərçivəsində "Sağlam Düşüncə" Gənclər Təşkilatı "Təbiət Dostları" Gənclər İctimai Birliyinin Yaşıl Velosipedçilər Klubu ilə birgə Sumqayıt və Bakı şəhərlərində Velo-yürüşlər təşkil olunacaq. Yürüş iştirakçıları "01-31 may - Tütünsüz ay" şüarı əks olunmuş köynəklərdə aksiyanın ideyasını təbliğ edəcəklər. Eyni zamanda velo-yürüş iştirakçıları toplanma məntəqələrində tütünün zərərləri haqqında məlumat vərəqələri və bukletlər paylayacaqlar.
Qeyd edək ki, "Tütünsüz ay" çərçivəsində may ayının 24-də Sumqayıt şəhərində Sumqayıt şəhəri Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ilk velo-yürüş baş tutub.