Türkiyə klubu Leroy Corcla danışıqlara başladı
25 May 2015 12:51 İdman"Qarabağ"ın futbolçusu Leroy Corc Türkiyə superliqasında oynaya bilər. Qol.Az-ın Türkiyənin "Sabah" qəzetinə istinadən yaydığı xəbərə görə, 12 ildən sonra yüksək liqaya vəsiqəyə qazanan "Göztepe" klubu hollandiyalı oyunçunu transfer etmək istəyir. Həm sağ, həm də sol cinahda oynamağı bacaran 28 yaşlı yarımmüdafiəçi ilə artıq klub nümayəndələrinin ilkin danışıqlara başladığı bildirilib. L.Corcun oyununu komandanın baş məşqçisi Metin Diyadinin bəyəndiyi qeyd olunub. Xatırladaq ki, L.Corc 2013-cü ildən "Qarabağ"da oynayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31