Ruslan Qurbanovun komandası üçüncü oldu
25 May 2015 12:20 İdmanMillimizin futbolçusu Ruslan Qurbanovun şərəfini qoruduğu Xorvatiyanın "Hayduk" klubu Avropa Liqasına vəsiqə qazanıb. Qol.Az-ın məlumatına görə, bu, Zaqreb "Lokomotiv"inin ölkə çempionatının 35-ci turunda doğma meydanda "RNK Split"ə 0:3 hesabı ilə uduzduğu matçdan sonra baş verib. Bu nəticədən sonra üçüncü pillədə qərarlaşan "Hayduk" ən yaxın izləyicisi "Lokomotiv"lə xal fərqi 4-ə çatdırıb və sona bir tur qalmış bürüncü medalı təmin edib.
Qeyd edək ki, çempionatın qızı medallarına Zaqreb "Dinamo"su sahib çıxıb. "Rijeka" isə gümüş medalın sahibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31