Portuqaliya millisi "Dalğa Arena"da hazırlaşacaq
22 May 2015 18:24 İdmanÇimərlik futbolu üzrə Portuqaliya milli komandası Bakı-2015 birinci Avropa Oyunlarında keçirəcəyi qarşılaşmalara hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir. Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasına məşqlərin keçirilməsi üçün Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzindəki "Dalğa Arena"nın çimərlik futbolu meydançasını ayırıb. Portuqaliya millisi iyunun 21-dək həmin meydançada hazırlıq keçəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31