Benzema yenidən zədələndi

"Real"ın hücumçusu Kərim Benzema yenidən zədələnib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, fransız futbolçu "Espanyol"la La Liqa matçında əzələsini dartıb. Həmin oyunda yerini Xavyer Ernandesə buraxan Benzemanın La Liqanın son turunda "Qetafe" ilə görüşdə oynayamayacağı bildirilir.

Qeyd edək ki, "Real" - "Qetafe" oyunu sabah, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31