Ruslan Qurbanov milliyə çağırıldı

"Hayduk"un futbolçusu Ruslan Qurbanov Serbiya ilə yoldaşlıq oyunu və Norveçlə "Avro-2016"nın seçmə mərhələsinin matçı üçün millimizə dəvət edilib. Qol.Az-ın xəbərinə görə, bu barədə Split klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, millimiz iyunun 7-i Serbiya ilə yoldaşlıq görüşü keçirəcək. 5 gün sonra - iyunun 12-i isə milli komandamız "Avro-2016"nın seçmə mərhələsində səfərdə Norveçlə  üz-üzə gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31