Şahmat Federasiyası: “İlk Avropa Oyunları Azərbaycanın dünya arenasındakı nüfuzunu artıracaq”
22 May 2015 14:59 İdmanİlk Avropa Oyunları kimi böyük layihələrin Azərbaycanda reallaşdırılması ölkənin gücünü əyani şəkildə nümayiş etdirir. Bu barədə Trend-ə bu gün Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib. Onun sözlərinə görə, bu cür idman yarışlarının uğurlu şəkildə təşkil olunması Azərbaycanın dünya arenasındakı nüfuzunu artıracaq: "Belə layihələrin reallaşdırılması Azərbaycanın artan gücünü və əhəmiyyətini əyani şəkildə nümayiş etdirir". M.Məmmədov bildirib ki, I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək: "Böyük hazırlıq işləri görülür. İdmançılarımızın uğurla çıxış etməsini istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31