Rusiya kubokunun sahibi bəlli oldu
22 May 2015 12:54 İdmanBu mövsüm Rusiya kubokunun sahibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, finalda "Lokomotiv" (Moskva) və "Kuban" komandaları üz-üzə gəlib. Əsas vaxtda hesab 1:1 olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha iki qol vuran "Lokomotiv" yekun hesabda 3:1 hesabı ilə qalib gələrək kubokun sahibi olub. Bununla da Moskva təmsilçisi tarixində 6-cı dəfə Rusiya kubokunun qalibi olmağı bacarıb.
Qeyd edək ki, Rusiya kubokunun ən çox qazanan klub Moskva CSKA-sıdır (7 kubok).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31