“İnter” prezidenti söz verdi: maaşlar ödəniləcək

Bakının "İnter" klubunda qeyri-müəyyən durum davam edir. Qol.Az-ın məlumatına görə, klub prezidenti Georgi Nikolov yenidən komanda üzvləri ilə görüşüb. Bolqarıstanlı iş adamı futbolçularla söhbətində yaxın günlərdə maaşlarının ödəniləcəyinə söz verib. "İnter"in mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, klubun bank hesabından futbolçuların üç aylıq maaşları ödəniləcək. "Sumqayıt"la oyuna qədər məsələnin həll olunacağına ümid edilir. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov üç aydır maaş ala bilməyən "İnter" futbolçularının Premyer Liqanın 35-ci turunda sabah "Qarabağ"a qarşı keçiriləcək oyunu boykot edəcəkləri ilə bağlı xəbərə də münasibət bildirib: "Futbolçuların belə bir addım atacağına inanmıram. Rəhbərlik futbolçularla görüşüb və bildirilib ki, istənilən halda maliyyə öhdəlikləri yerinə yetiriləcək. Sadəcə, bir az vaxt lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31