Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Malta yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib. Trend AFFA-ya istinadən məlumat verir ki, Malta - Azərbaycan qarşılaşması sentyabrın 6-da Ta` Qali şəhərindəki Malta Milli stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31