Slaven Biliç "Beşiktaş"dan getdi?
20 May 2015 19:45 İdman"Beşiktaş"ın bu gün baş məşqçisi Slaven Biliçlə yollarını ayırması ilə bağlı xəbərlər yayılıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rəhbərlik superliqada ardıcıl uğursuz nəticələr göstərən xorvatiyalı mütəxəssislə yolları ayırmaq qərarına gəldiyi vurğulanıb. Bu qərarın verilməsində komandanın "Konyaspor"a uduzaraq çempionluq yarışından kənarda qalması və həmin oyundan sonra Biliçin "gələn mövsüm "Beşiktaş"da mənə şans veriləcəyini düşünmürəm" fikirlərini səsləndirməsinin də rolu olduğu bildirilib. Hətta "Beşiktaş" rəhbərliyinin alternatif baş məşqçi kimi Şenol Günəş və Mirça Luçesku ilə danışıqlar apardığı iddia edilir. Lakin klubun rəsmi saytı yayılan xəbərləri təkzib edib. Saytdan verilən açıqlamada Biliçlə yolların ayrılmadığı qeyd olunub.
Qeyd edək ki, "Beşiktaş" superliqada geridə qalan 32 turdan sonra 66 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.