Arda Turan da Bakıdakı yanğınla bağlı başsağlığı verdi
20 May 2015 16:33 İdmanTanınmış türkiyəli futbolçu Arda Turan Bakıda baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Trend-in məlumatına görə, bu barədə A.Turan "Twitter"dəki səhifəsində yazıb. A.Turan yazıb: "Başın sağ olsun, Azərbaycan! Başın sağ olsun, Türkiyə!"
Qeyd edək ki, dünən Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31