Yeniyetmə güləşçilərin Azərbaycan çempionatı başladı
20 May 2015 16:30 İdmanMayın 20-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan çempionatı start götürüb. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Güləş Federasiyasından daxil olub. Bildirilib ki, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcəsində 115 pəhləvan mübarizə aparıb. Çempionat davam edir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31