Güləşçilərimiz Antalya sınağında
20 May 2015 16:28 İdman22-24 may tarixlərində Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, 3 gün davam edəcək turnirdə hər üç yığma komandamızın üzvləri iştirak edəcək. Yunan-Roma güləşi üzrə yığma komanda böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında turnirdə iştirak edəcək. Sərbəst güləş üzrə gənc qızlardan ibarət yığmanın heyətində Türkan Nəsirova (44 kq), Arzu Əliyeva, Leyla Qurbanova (hər ikisi 51 kq), Almaz İsmayılova (55 kq), Raqnetta Qurbanzadə, Elis Manolova (hər ikisi 67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb. Komandaya böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayev rəhbərlik edir. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərliyi altında turnirə yollanan sərbəst güləş üzrə gənclərdən ibarət yığmanın heyətində 8 güləşçi yer alıb. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov iştirak edəcək.