Avropa oyunları münasibətilə Şəmkirdə planlaşdırılan "Alov festivalı" Bakıda baş vermiş faciə ilə əlaqədar təxirə salınıb
20 May 2015 11:21 İdmanBu gün Bakı 2015 Avropa oyunları münasibətilə Şəmkirdə planlaşdırılan "Alov festivalı" dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salınıb.Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumata verib."Məşəl sadəcə proqrama əsasən regiondan keçəcək", - deyə S. Məmmədova bildirib. Qeyd edək ki, mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31