Natali Qule: "Avropa Oyunlarına gələnlər tolerant ölkə ilə qarşılaşacaqlar"

"İlk Avropa Oyunları üçün Azərbaycana gələcək qonaqlar tolerant ölkə ilə qarşılaşacaqlar və Azərbaycan üçün idman tədbirinin əhəmiyyəti də məhz budur". Bu barədə Trend-ə fransız senator Natali Qule bildirib.Onun sözlərinə görə, şübhəsiz ki, Bakı Avropa Oyunlarına hazırdır, lakin əsas olan Oyunların arxasında dayanan məqsəd və onun niyə Azərbaycan üçün əhəmiyyətli olmasıdır: "Məqsəd multikultural ölkə nümayiş etdirməkdir".Senator həmçinin deyib ki, Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq, digər dinlərin nümayəndələri də burada sülh şəraitində yaşayırlar: "Bura sanki tolerantlıq adasıdır".Xanım N.Qulenin də vurğuladığı kimi, idmana radikalizmə qarşı mübarizə vasitəsi kimi baxılır: "İdman sahəsində insanların ümumi dəyərləri var. Əhəmiyyətli olan idmanın insanları birləşdirməsidir ki, Avropa Oyunlarında da məhz bu baş verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31