"Qəbələ"nin daha bir komandası çempion oldu

Bu gün Bayıl stadionunda "Neftçi" və Qəbələnin UGİM komandaları arasında keçirilmiş  final oyunu ilə AFFA-nın U-10 Liqasının 2014/2015-ci il mövsümünə yekun vurulub. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 4:3 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, "Neftçi" klubun idman direktoru Vəli Qasımov  və "Qəbələ" İK-nın Futbol direktoru Toni Adams təqdim ediblər. U-10 Liqasının bombardiri 45 qolla "Simurq" komandasının üzvü Elvin Qarayev olub. "Neftçi" komandasının oyunçusu Nicat Qaragözlü isə liqanın ən yaxşı futbolçusu seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31