Baş məşqçi irqçiliyə görə cəzalandı

Kuba millisinin baş məşqçisi Raul Valentin cəzalanıb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna onun KONKAKAF kubokunda Venesuela ilə oyunda irqçi davranışları səbəb olub. Yamaykalı referi Beldin Lecisterin idarə etdiyi oyunun 83-cü dəqiqəsində hakimin qərarına etirazını bildirən R.Valentin baş hakimin ünvanına irqçi şüarlar səsləndirib. Bu səbəbdən 47 yaşlı mütəxəssis 5 oyunluq cəzalandırılıb. Baş məşqçiyə həmçinin pul cəzası da kəsilib. Lakin cəzanın məbləği açıqlanmır.

Qeyd edək ki, Kuba - Venesuela oyunu 0:0 bərabərə başa çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31