Çexiyada çempion bəlli oldu

Çexiyada 2014/2015 futbol mövsümünün qalibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, "Viktoriya" klubu tarixində 3-cü dəfə çempionatın qızıl medallarına yiyələnib. 28-ci turda evdə "Yihlava"nı 2:0 hesabı ilə məğlub edən Plzen təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisi "Sparta" (Praqa) ilə 6 xallıq fərqi qoruyub. Şəxsi oyunlarda "Sparta"nı üstələyən "Viktoriya" sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, "Viktoriya" 2010/2011 və 2012/2013 mövsümlərində ölkə çempionluğunu qazanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31