Real" birinci səbətdə olmayacaq
19 May 2015 12:43 İdmanYeni mövsümdən Çempionlar Liqasının püşkatmalarında köklü dəyişikliklər olacaq. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, reqlamentə əsasən, "Real" (Madrid), "Atletiko" (Madrid) "Arsenal", "Mançester Yunayted", "Portu" kimi klublar çempion ola bilmədikləri üçün 1-ci səbətdə yer almayacaqlar. Yeni qaydalara görə, növbəti mövsümdən I səbətdə yer alacaq 8 komandadan 7-si UEFA-nın reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları olacaq. Həmin səbətə qitənin ən mötəbər turnirinin son qalibi də əlavə ediləcək. Bu mövsüm ÇL-də finala yüksələn "Barselona" və "Yuventus" ölkələrində çempion olduqları üçün Hollandiya liqasının qalibi PSV püşkatma birinci səbətdə yer alacaq. Bu isə o deməkdir ki, UEFA sıralamasında ilk 8 yeri tutan ölkələrin çempionları - "Barselona", "Bavariya", "Çelsi", "Yuventus", PSJ, "Benfika", "Zenit" və PSV növbəti püşkatma zamanı birinci səbətdə olacaqlar.
Qeyd edək ki, daha öncə püşk zamanı yüksək reytinqə malik komandalar birinci səbətdə qərarlaşırdılar.