Bakı-2015: Portuqaliyalı velosipedçi Avropa Oyunlarına yetişmək üçün 6600 kilometrlik məsafəni qət edəcək
19 May 2015 11:49 İdmanPortuqaliyalı velosipedçi Jorge Kristovao "Bakı-2015" ilk Avropa Oyunlarına yetişmək üçün 6600 kilometrlik yolu 62 günə qət etməkdə israrlıdır.APA-nın məlumatına görə, aprelin 10-da Portuqaliyadan yola düşən idmançı mayın 13-də Yunanıstan ərazisindən Türkiyəyə daxil olub. Velosipedçi mayın 17-də İstanbuldan yola düşüb.Türkiyə Milli Olimpiya Komitəsində olan avropalı idmançı mayın 29-da Gürcüstana çatacağından əminliyini bildirib. Atlet Gürcüstandan Bakıyadək məsafəni isə iyunun 10-dək qət etmək niyyətindədir.J.Kristovao uzun məsafəni qət etməkdə əsas məqsədinin keçdiyi ölkələrdə insanların diqqətini "Bakı-2015" birinci Avropa Oyunlarına cəlb etmək olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31